"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1133
Məşhur amerikalı jurnalist Masazır qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə görüşüb
Mətbuat xidmətinin məlumatı 06 Oktyabr, 2016
Azərbaycanla bağlı yeni kitab yazmaq məqsədilə ölkəmizə səfərə gələn, “Dağlarda qətl: Xocalıdakı hərbi cinayətlər və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi, tanınmış amerikalı jurnalist Raul Kontreras Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun müşayiəti ilə Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə məskunlaşan soydaşlarımızla görüşüb, onlar üçün yaradılan şəraitlə yerində tanış olub. Yeni nəşrə daxil etmək üçün Azərbaycan haqqında, o cümlədən ölkəmizdəki qaçqın və məcburi köçkünlər, onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərlə bağlı reallıqları olduğu kimi qələmə almaq məqsədilə görüşə gələn jurnalistə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində evlərindən didərgin salınmış soydaşlarımızın problemləri, bu problemlərin həlli istiqamətində dövlət tərəfindən görülən işlər barədə hərtərəfli məlumat verən F.Hüseynov diqqətə çatdırıb ki, respublikamızın müxtəlif bölgələrində bütün sosial-texniki infrastruktura malik bu cür 95 hündürmərtəbəli yaşayış binaları kompleksi tikilib, qəsəbələr salınıb və 250 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Sonra amerikalı jurnalist məhəllədəki 33 saylı Zəngilan tam orta məktəbində müəllim və şagirdlər üçün yaradılan şəraitlə, Zəngilan Rayon Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları ilə tanış olub. Raul Kontreras, həmçinin məhəllədə məskunlaşan məcburi köçkünlərin mənzilinə də baş çəkib, onların həyat və yaşayış tərzi ilə maraqlanıb. Amerikalı jurnalist məcburi köçkünlərlə söhbət zamanı son illər Azərbaycanın uğurlu inkişafından, dövlət tərəfindən məcburi köçkün həyatı yaşayan vətəndaşlara hərtərəfli qayğıdan məmnunluğunu ifadə edib, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırılmasında imkanlarından hərtərəfli istifadə edəcəyini diqqətə çatdıraraq ətraflı məlumatlara görə minnətdarlığını bildirib. Xatırladaq ki, amerikalı jurnalist ABŞ-ın nüfuzlu mətbu orqanlarında Azərbaycanda keçirilən mühüm tədbirlər, əldə olunan uğurlar, reallaşdırılan layihələr, ölkəmizdəki tolerantlıq, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımına dair müxtəlif məqalələrlə çıxış edib.
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi