"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1116
Əli Həsənov: Cocuq Mərcanlıda tikinti işləri əsasən başa çatdırılıb
Mətbuat xidmətinin məlumatı 26 May, 2017
Mayın 25-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində məcburi köçkünlər üçün salınan qəsəbədə tikinti işlərinin başa çatması ilə əlaqədar real vəziyyətlə yerində tanış olub. Əvvəlcə tikinti şirkətlərinin nümayəndələrinin iştirakı ilə yeni salınan qəsəbədə inşaat işlərinin yekunlaşdırılması ilə bağlı birgə müzakirələr aparılıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı Sərəncamına əsasən aparılan tikinti işləri başa çatmaq üzrədir. Hazırda məktəb binasında və evlərdə son tamamlama işləri aparılır. Qəsəbədə tikilən 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Su, qaz, elektrik, telefon xətləri çəkilib, 100 kubmetrlik su anbarı inşa edilib. Küçələrdə gecə işıqlandırma sistemi qurulub, qəsəbədaxili yollara asfalt örtüyü çəkilir. Dövlətimizin başçısının tapşırığına əsasən, qəsəbədə Şuşa məscidinin bənzəri də tikilməkdədir. 50 sot ərazidə inşa edilən məscidin tikinti sahəsi 556 kvadratmetr, minarələrin hündürlüyü 26 metrdir. Hazırda məscidin fasad hissəsində və damında tamamlama işləri aparılır. Minbərlərin inşası da başa çatmaq üzrədir. Məscidin həyətində dəstəmazxana, yuat yeri və qazanxana da inşa edilir. Tikinti işlərinin iyun ayının əvvəllərində başa çatdırılması nəzərdə tutulur. Baş nazirin müavini Əli Həsənov deyib: “Lələtəpə yüksəkliyi azad ediləndən sonra Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı dərhal Sərəncam imzaladı. Hələ ulu öndər Heydər Əliyevin dövründə - 1994-cü ilin yanvarın 6-da bu ərazi işğaldan azad edilmişdi, lakin Lələtəpə yüksəkliyi düşmənin əlində olduğundan kənddə yaşamaq qeyri-mümkün idi. Hərb tariximizə qızıl hərflərlə yazılmış 2016-cı il aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin azad edilməsi Cocuq Mərcanlı üçün təhlükəni aradan qaldırdı. Prezident İlham Əliyevin müvafiq Sərəncamından sonra inşaatçılar vaxt itirmədən qəsəbənin tikintisinə başladılar. İlkin olaraq 50 mənzil və 100 yerlik məktəb binası tikilib. Mart ayının 20-də başlanan tikinti işləri mayın 20-də əsasən başa çatdırılıb”. Yaxın günlərdə qəsəbənin təntənəli şəkildə açılışının olacağını, cocuq mərcanlıların buraya köçəcəyini bildirən Əli Həsənov deyib: “İndi Azərbaycanın hər yerindən buraya gəlirlər. İnsanlarda böyük ruh yüksəkliyi var. Xalq, ordu və Prezident arasında monolit birlik mövcuddur. İnşallah, bunun daha böyük nəticələrini görəcəyik. İnsanlarımız torpağa, vətəninə bağlıdır. Bu gün qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Bu siyasətin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub”. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlərin bundan sonra da davam etdiriləcəyini deyən Əli Həsənov işğal altındakı torpaqlarımızın Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunacağına, insanların doğma torpaqlarına qayıdacağına, Cocuq Mərcanlıdan başlayan Böyük Qayıdışın onların yurd həsrətinə son qoyacağına əminliyini ifadə edib.
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”