"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1127
Cenevrədə Azərbaycan Hökuməti ilə BMT QAK arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Mətbuat xidmətinin məlumatı 04 Oktyabr, 2017
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov oktyabrın 3-də İsveçrənin Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) İcraiyyə Komitəsinin 68-ci sessiyası çərçivəsində BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi ilə görüşüb. Əli Həsənov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün qurbanları olan çoxsaylı qaçqın və məcburi köçkünlərin humanitar problemlərinin həlli istiqamətində BMT QAK-ın 1992-ci ildən bəri ölkəmizə göstərdiyi dəstəyə və yardıma, eləcə də ölkəmizdəki fəaliyyətinə görə Azərbaycan Hökuməti adından ali komissara təşəkkür edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə gedən sosial-iqtisadi inkişaf barədə danışıb, xüsusilə də qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər və həyata keçirilən dövlət proqramları haqqında ətraflı məlumat verib. Həmçinin ölkə rəhbərliyi tərəfindən hökumət qarşısında qoyulan və 2020-ci ilədək həyata keçirilməsi tələb olunan strateji istiqamətlər haqqında məlumat verən Baş nazirin müavini bu hədəflər sırasında qaçqın və məcburi köçkünlərin sosial-humanitar problemlərinin həllinin də yer aldığını diqqətə çatdırıb. Baş nazirin müavini görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı hazırkı vəziyyət, danışıqlar prosesində Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe barədə danışıb, cəbhə bölgəsində Ermənistan tərəfindən atəşkəsin pozulması nəticəsində mülki əhalinin həyatına böyük təhlükə yarandığını qeyd edib. Son 30 ildə dünyada qaçqınların və məcburi köçkünlərin sayının iki dəfə artmasını təəssüflə qeyd edən Əli Həsənov bildirib ki, bəzi dövlətlər öz qlobal və regional maraqları naminə dünyada münaqişələrin səngiməsinə səy göstərmirlər və bu da öz növbəsində dünyada qaçqın böhranını getdikcə daha da dərinləşdirir. Əli Həsənov Filippo Qrandinin 1999-cu ildə BMT QAK rəhbərini müşayiət edən nümayəndə heyəti tərkibində Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, həmin səfəri əks etdirən fotoalbomu xatirə olaraq ona hədiyyə edib. O, eyni zamanda, BMT QAK-ın rəhbərini Azərbaycana rəsmi səfərə dəvət edib. Ali komissar ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün göstərdiyi fəaliyyətə görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirib. O, rəsmi dəvətə görə təşəkkür edərək məmnuniyyətlə yenidən Azərbaycana səfər etmək arzusunu ifadə edib. Əli Həsənovun vəziyyətin təhlili ilə bağlı fikirlərini dəstəklədiyini ifadə edən Filippo Qrandi dünyada qaçqın və məcburi köçkünlərin sayının artmasına gətirib çıxaran səbəblərdən danışaraq, onların aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin birgə səylər göstərməsinin vacibliyini qeyd edib. Ali komissar beynəlxalq təşkilatların şəffaf və sərbəst fəaliyyəti üçün yaradılmış şəraitə görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirib. O, Azərbaycan Hökuməti ilə uğurlu əməkdaşlığı gələcəkdə də davam etdirəcəklərini vurğulayıb.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb