"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1648
Məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərinin internet xətti ilə təmin edilməsi ilə bağlı layihə müzakirə olunub.
Mətbuat xidmətinin məlumatı 17 Oktyabr, 2017
“Azercell Telekom” və onun törəmə müəssisəsi olan “Azeronline Ltd” birgə müəssisəsi tərəfindən məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə yeni sosial layihə reallaşdıracaq. Bu barədə oktyabrın 17-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev və “Azeronline Ltd” birgə müəssisəsinin rəhbəri Yaşar Ələsgərovla görüşündə məlumat verilib. “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev şirkətin Azərbaycanda fəaliyyəti, “Azercell Telekom”un mobil rabitə sektorunda qazandığı nailiyyətlər, həyata keçirdiyi xidmətlər, yeni nəsil telekommunikasiya texnologiyalarının tətbiqi və s. yeniliklər haqqında məlumat verdi. Görüşdə Əli Həsənov qeyd edib ki, Azərbaycan dövləti bir milyondan çox qaçqın və məcburi köçkününün bütün problemlərini özü həll edir.Həyata keçirilən tədbirlər nəticəsində 96 müasir qəsəbə salınmış, 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılbdır. Əli Həsənov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir və oxşar problemlə üzləşən ölkələr üçün nümunə göstərilir.Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi təcrübə bu gün BMT tərəfindən bütün dünyaya yayılır. “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev bildirib ki, “Azercell Telekom” un törəmə müəssisəsi olan “Azeronline Ltd” birgə müəssisəsi tərəfindən məcburi köçkünlərin məskunlaşdığı yeni salınmış qəsəbələrdə əhalinin dayanıqlı və keyfiyyətli FTTH standartlı (optik lifli kabel ilə) internet xidmətlərinə mövcud tariflərdən daha güzəştli şərtlərlə (15% aşağı) çıxışını təmin etmək məqsədi ilə yeni layihə həyata keçirmək istəyirlər.Bunun nəticəsində isə həm yaşayış komplekslərində olan infrastruktur obyektlərində, həm də mənzillərdə insanlar sürətli internet xidmətindən istifadə edə biləcəklər. Vahid Mürsəliyev eyni zamanda reallaşdırılacaq layihənin əhəmiyyətindən danışdı və bu istiqamətdə birgə əməkdaşlığın sosial layihənin həyata keçirilməsində mühüm rol oynacağını qeyd etdi. “Azercell Telekom” un məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə həyata keçirəcəyi layihəni yüksək qiymətləndirən Baş nazirin müavini Əli Həsənov bu layihənin səmərəli olacağını vurğuladı, bu işdə onlara lazımi kömək göstəriləcəyini dedi və Komitənin aidiyyəti qurumlarına lazımi göstərişlərini verdi.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb