Rövşən Rzayev: "Məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görüləcək işlər çoxdur" 4.5.2018
Rövşən Rzayev: "Məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görüləcək işlər çoxdur"
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 4-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelislə görüşüb.
Komitə sədri bildirib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olub və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, irihəcmli proqramlar icra edilir.
Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbərinə məcburi köçkünlərin problemlərinə həssas yanaşdığına görə təşəkkür edib. O, BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin ölkəmizdə uzun müddət fəaliyyət göstərdiyini və Azərbaycanın qaçqın və məcburi köçkünlərinin problemlərinin həllinə müxtəlif layihələrlə dəstək verdiyini diqqətə çatdırıb. Komitə sədri vurğulayıb ki, müstəqilliyinin ilk illərindən qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan bu sahədə olan çətinliklərin böyük hissəsinin öhdəsindən gəlib. Ermənistan silahlı qüvvələrinin işğalından azad olunmuş Cocuq Mərcanlı kəndinin yenidən bərpası buna bariz nümunədir. Rövşən Rzayev, eyni zamanda, bildirib ki, məcburi köçkünlərin problemlərinin həlli istiqamətdə görüləcək işlər hələ çoxdur.
Furio de Angelis BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirdiyi qiymətləndirmənin nəticələrindən danışıb. O, məcburi köçkünlərlə bağlı bir sıra layihələr həyata keçirməyi planlaşdırdıqlarını söyləyib.
Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.
 
 
idpsCopyright © 2018
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az