"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2883
Zirzəmidən “Qobu Park”a...
Mətbuat xidmətinin məlumatı 10 İyul, 2018
Məcburi köçkün ailələrinin yeni yaşayış kompleksinə köçürülməsinə başlandı Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər davam etdirilir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakı ilə bu il mayın 24-də rəsmi açılış mərasimi keçirilmiş “Qobu Park” yaşayış kompleksində məcburi köçkün ailələrinin yerləşdirilməsinə başlanılıb. Yeni mənzillərlə təmin edilən məcburi köçkün ailələrinin siyahısı mövcud qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərən komissiya tərəfindən hazırlanıb. Komissiyaya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, əraziləri işğal olunmuş və köçkünlərin müvəqqəti məskunlaşdığı rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələri daxildir. Məcburi köçkünlərin yeni yaşayış yerinə köçməsi üçün nəqliyyat xidməti dövlət vəsaiti hesabına təmin edilir. “Qobu Park” yaşayış kompleksinin ilk sakinləri Bakı şəhərinin Nərimanov rayonunda, “K.Rəhimov küçəsi, 824/835” ünvanında yerləşən tikintisi yarımçıq qalmış doğum evi binasının zirzəmisində müvəqqəti məskunlaşan və uzun müddət ağır şəraitdə yaşayan 46 ailə olub. Yeni mənzilə köçürülən ailələrin nümayəndələri onların yaşayış şəraitinin yaxşılaşdırılmasına göstərilən qayğıdan razılıqlarını bildiriblər. Şəlalə Məmmədova (Füzuli rayonu, ailə üzvlərinin sayı – 4 nəfər): “Uzun illər ağır şəraitdə yaşamaq məcburiyyətində qalmışıq. Bu gün ailəmiz yeni bir həyata başlayır. “Qobu Park”da bizim üçün hər bir şərait yaradılıb. Dövlətimizin başçısına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq ki, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına belə böyük qayğı göstərirlər”. Fərhad Şahməmmədov (Zəngilan rayonu, ailə üzvlərinin sayı – 4 nəfər): “İlk növbədə, bizim kimi ən ağır vəziyyətdə, zirzəmilərdə yaşayan məcburi köçkünlərin yeni inşa edilmiş şəhərciyə köçürülməsi çox ədalətli qərardır. Uzun illərdir bu günü gözləyirdik. Özümüz də, övladlarımız da, sözün həqiqi mənasında, yenidən sağlam həyata qayıdırıq. İnşallah, doğma torpağımıza qayıdacağımız gün də uzaqda deyil”. Zəminə Şükürova (Zəngilan rayonu, ailə üzvlərinin sayı – 4 nəfər): “Azərbaycan güclü dövlətdir, məcburi köçkünlərin problemlərini də öz imkanları hesabına həll edir. Bu gün biz yeni mənzilə köçürük, gün o gün olsun ki, doğma torpaqlarımıza qayıdaq və orada öz ev-eşiyimizi bərpa edək”. “Qobu Park”dakı mənzillərdə, əsasən, Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə görə paytaxtın Nizami, Xətai, Suraxanı, Nərimanov, Səbail rayonlarında qəzalı vəziyyətdə, yaşayış üçün təhlükəli hesab edilən binalarda, həmçinin müxtəlif tikililərin zirzəmilərində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri yerləşdirilir. Yeni binalarda hər bir ailə üçün yaşayış sahəsi komissiya tərəfindən müvafiq qayda və normalara uyğun olaraq müəyyənləşdirilir. Dövlət Komitəsi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələsində şəffaflığın və ədalətin təmin edilməsi, mənfi hallara şərait yaradan amillərin tam aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirir. Xatırladaq ki, Bakı şəhərinin Qaradağ rayonu ərazisində, Lökbatan-Qobu yolunun 3 kilometr şərqində yerləşən və hər biri 2 bloklu, 9 mərtəbəli 11 yaşayış binasından ibarət olan “Qobu Park” yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 98-ci şəhərcikdir. Kompleksin tikintisinə dövlət vəsaiti xərclənməyib, yaşayış kompleksinin maliyyələşməsində sahibkarlar iştirak ediblər. Yaşayış kompleksinə üçmərtəbəli məktəb binası və uşaq bağçası daxildir. Yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - 350 yerlik mərasim evi, poçt, tibb, polis məntəqələri və mənzil-istismar idarəsi yaradılıb. Ərazidə 35 min kilovatlıq yarımstansiya inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, kanalizasiya şəbəkəsi yaradılıb.
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi