Məcburi köçkünlərin növbəti qəbulu keçirilib 11.9.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
Sentyabrın 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.
Qəbulda Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, şöbə və departament rəhbərləri iştirak edib.
Məcburi köçkünlər mənzil, kommunal xidmətlər, statusun verilməsi, məşğulluq və digər problemlərlə əlaqədar müraciət edib.
Məcburi köçkünlər fərdi qaydada qəbul edilib, problemləri dinlənilib. Müraciət edilən məsələlərlə əlaqədar onlara geniş izahat verilib.
Vurğulanıb ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl iş aparır. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu sahədəki mühüm və təxirəsalınmaz layihələrin icrasını daim diqqətdə saxladığı qeyd edilib.
Qəbulda iştirak edən məcburi köçkünlərin ərizələri aidiyyəti şöbələrin nümayəndələri tərəfindən qeydə alınıb.
Dövlət Komitəsinin sədri müraciətlərin araşdırılacağı və qanuna uyğun tədbirlər görüləcəyini bildirib.
 
 
idpsCopyright © 2018
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az