"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1527
Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib
Görüşlər 15 Noyabr, 2018

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizə qonaq gəlmiş Fransa Azərbaycan Dostları Assosiasiyasının nümayəndə heyəti noyabrın 15-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olub. Uzun müddət Ermənistanın işğalçı qüvvələrinin nəzarəti altında qalan, 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun uğurlu əks-həmlə əməliyyatı nəticəsində azad edilən kənddə Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilmiş bərpa-quruculuq işləri barədə qonaqlara ətraflı məlumat verən Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov bildirib ki, respublikamızın müxtəlif yerlərində müvəqqəti məskunlaşmış sakinlər artıq öz ata-baba yurdlarına qayıdaraq burada təhlükəsiz şəraitdə yaşayırlar. Cocuq Mərcanlıya qayıdış işğal altındakı digər ərazilərin də tezliklə işğaldan azad edilcəyinə və “Böyük Qayıdış”ın başlancağına ümid və inam yaradıb. Cəbrayıl rayonunun icra hakimiyyətinin başçısı Kamal Həsənov qonaqlarla görüşdə kəndə qayıtmış əhalinin sosial-iqtisadi vəziyyəti, məşğulluğunun təmin edilməsi üçün həyata keçirilən tədbirlər barədə söz açıb. Qeyd edilib ki, burada iş yerlərinin yaradılması məqsədilə yerli və xarici təşkilatlar tərəfindən layihələr həyata keçirilir. Daha sonra qonaqlar Cocuq Mərcanlı sakini Oqtay Həziyevin evində olublar. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hələ 1994-cü ildə aparılan uğurlu Horadiz əməliyyatından sonra işğaldan azad edilsə də, kənd işğalçı qüvvələrin yaxın məsafədəki mövqelərindən daim atəşə tutulurdu. Aprel döyüşləri nəticəsində təcavüzkarlar geri çəkilməyə məcbur edildilər. Hazırda müasir üslubda bərpa olunan kənddə rahat yaşayış üçün hər cür şərait yaradılıb. Qonaqlar Cocuq Mərcanlıda inşa edilmiş Şuşa məscidinin bənzəri olan məscidə və digər infrastruktur obyektlərinə baş çəkib, yerli icma nümayəndələri ilə görüşüblər. Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti, Fransa parlamentinin sabiq deputatı Jan-Fransua Mansel Cocuq Mərcanlıda aparılan işləri yüksək qiymətləndirib. Onun sözlərinə görə, azərbaycanlı məcburi köçkünlərin məruz qaldığı humanitar faciənin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm tədbirlər görülməlidir. Assosisasiya və onun üzvləri də bu sahədə məqsədyönlü iş aparacaqlar. Fransalı qonaqları səfərdə Paris-Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva müşayiət edib.

25 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Tərtərdə vətəndaşları qəbul edib
16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb