"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1283
Dövlət Komitəsində 20 Yanvar faciəsinin ildönümü qeyd edilib
Tədbirlər 19 Yanvar, 2019

Yanvarın 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibəti ilə anım tədbiri keçirilib. Tədbirdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, şöbə və departament rəhbərləri, “20 Yanvar cəmiyyətinin” üzvləri, “SABAH” qrupunun tələbələri iştirak ediblər. Milli müstəqillik, azadlıq uğrunda mübarizədə həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib ki, 1990-cı il yavarın 20-də SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı apardığı ədalətsiz və qərəzli siyasətinə etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutulub. Milli azadlıq və müstəqillik üçün ayağa qalxan əhali həm də yerli rəhbərliyin yarıtmaz fəaliyyətinə etiraz edirdi. Həmin gün Azərbaycanda sovet hakimiyyəti tərəfindən törədilən faciə insanlığa qarşı törədilən ən qəddar cinayətlərdən biridir. Təəssüflər olsun ki, bu faciəni törədənlər hələ də öz layiqli cəzasını almayıb. Qeyd olunub ki, 20 Yanvar faciə kimi yadda qalsa da, Azərbaycanın istiqlal mübarizəsinin rəmzidir. Qanlı yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmini, iradəsini qıra bilmədi. Baş vermiş bu faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra verilib. Cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı, 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi. Faciənin 10-cu ildönümünün qeyd edilməsi üçün də Ümummilli lider Heydər Əliyev tərəfindən fərman imzalanıb. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev 20 Yanvar faciəsi zamanı həlak olanların ailə üzvlərinə və yaxınlarına diqqət və qayğı göstərir. Şəhid ailələrinə və əlillərə birdəfəlik maddi yardım verilməsi, mənzillərlə təminatı göstərilən diqqətin bariz nümunəsidir. Şəhidlər Xiyabanının vahid kompleks kimi yenidən qurulması da dövlət başçısının şəhidlərin ruhuna olan ehtiramının ifadəsi idi. Birinci vitse-prezident xanım Mehriban Əliyeva müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinə də böyük qayğı ilə yanaşır. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görülür. Tədbir çıxışlarla davam edib. Sonda 20 Yanvar faciəsindən bəhs edən film nümayiş edilib.

23 Aprel, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi