"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1473
Kolumbiyanın sabiq prezidenti Bakıda məcburi köçkünlərlə görüşüb
Görüşlər 27 Fevral, 2019

Fevralın 27-də Mərkəzçi Demokratlar İnternasionalının (MDİ) prezidenti, Kolumbiyanın sabiq prezidenti Andres Pastrana Aranqo Azərbaycana səfəri çərçivəsində Bakıda məcburi köçkünlərlə görüşüb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsinin sədr müavini Fuad Hüseynov qonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun tarixi kökləri və mövcud vəziyyəti barədə məlumat verib. Bildirilib ki, münaqişə nəticəsində 1 milyondan çox insan doğma yurd-yuvasını tərk edib, yataqxanalarda, məktəblərdə, bağçalarda və digər inzibati binalarda məskunlaşmaq məcburiyyətində qalıb. Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz boşaldılması haqqında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini Ermənistan hələ də icra etmir. Məlumat verilib ki, ağır məhrumiyyətlərlə məcburi üzləşən qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısı bu kateqoriyadan olan vətəndaşların maddi rifahının yüksəldilməsi üçün zəruri tədbirlər görür. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən ağır və həyat üçün təhlükəli şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə ilk növbədə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasını nəzarətdə saxlayır. Qonağın diqqətinə çatdırılıb ki, 2016-cı ilin aprel ayında Azərbaycan ordusu Ermənistanın növbəti təxribatının qarşısını alaraq, əks həmlə ilə ərazilərimizin bir hissəsini işğaldan azad edib. Bu əməliyyat zamanı Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi Prezident İlham Əliyevin tapşırığına əsasən, yenidən qurulub və zərurui infrastruktur obyektləri ilə təchiz edilib. Qeyd edilib ki, Azərbaycan ordusunun əyilməzliyinin simvolu olan bu kənd həm də Azərbaycan əhalisinin öz tarixi torpaqlarına qayıdışının başlanğıcıdır. Mərkəzçi Demokratlar İnternasionalının (MDİ) prezidenti, Kolumbiyanın sabiq prezidenti Andres Pastrana Azərbaycanda məcburi köçkünlərə göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu kateqoriyadan olan vətəndaşlar üçün yaradılan şərait təqdirəlayiqdir. Eyni zamanda vurğulanıb ki, Kolumbiya da məcburi köçkün və qaçqın problemi yaşayan ölkələrdəndir və bu sahədə Azərbaycanın təcrübəsindən faydalana bilərlər. Andres Pastrana Aranqo Yasamal rayonunda və Abşeron rayonunun Masazır qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə səmimi söhbət edib, onların yaşayış şəraiti ilə tanış olub. Görüşdə Milli Məclisin deputatı, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədr müavini Sevinc Fətəliyeva iştirak edib.

22 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Tərtərdə vətəndaşları qəbul edib
16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib