"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2170
Dağlıq Qarabağda Novruz şənliyi keçirilib
Tədbirlər 18 Mart, 2019

“...Biz öz torpağımızda yaşayırıq, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycana məxsus olan ərazidir, torpaqdır. İndi biz sizinlə bu torpaqda – işğalçılardan azad edilmiş torpaqda görüşürük. Burada Azərbaycan vətəndaşları yaşayacaq və Azərbaycan bayrağı dalğalanır”. Prezident İlham Əliyev bu sözləri il yarım əvvəl Tərtər rayonunda Şıxarx qəsəbəsində 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışı zamanı deyib.

 

Burada ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan, 1978-ci ildə ermənilərin özləri tərəfindən inşa edilmiş “Marağa-150” abidəsi yerləşir. Məhz həmin tarixdən 150 il əvvəl onlar İran Marağasından Qarabağa köçürülüblər. Sonralar növbəti ərazi iddiaları irəli sürərkən ermənilər abidəni qəsdən dağıdıblar. Lakin bu ərazi işğaldan azad edilib və mühüm tarixi-siyasi əhəmiyyət daşıyan abidənin ətrafında bərpa işləri aparılıb.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Beynəlxalq Muğam Mərkəzinin, Tərtər və Ağdam rayonlarının icra hakimiyyətlərinin dəstəyi ilə Şıxarxda – vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisi olan qəsəbədə təntənəli Novruz şənliyi keçirib. Bayram tədbiri rəsmi qonaqların və ictimaiyyət nümayəndələrinin “Marağa-150” abidəsinə baş çəkməsi ilə başlayıb.

 

Dövlət Komitəsinin sədri qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların müraciətlərini dinləyib. Bütün müraciətlər qeydə alınıb. Sonra qəsəbədə yaşayan Ağdam rayonunun Qiyaslı kəndindən məcburi köçkün, ahıl qadın Pakizə Məmmədovanın mənzilinə baş çəkilib, ailənin problemi ilə yerindəcə maraqlanılıb. P.Məmmədovanın oğlu Cahid Məmmədovun məşğulluqla bağlı müraciətinə baxılacağı və müvafiq tədbir görüləcəyi bildirilib.

 

Dövlət Komitəsinin sədri sonra Laçın rayonunun Hoçaz kəndindən məcburi köçkün Ceyhun Cəlilovun toyunda iştirak edib, yeni ailə quran gənclərə xeyir-dua verib.

 

Daha sonra rəsmi qonaqlar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bayram tədbiri başlayıb. Tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, MKSİF-in direktoru, millət vəkili Mahir Abbaszadə, Milli Məclisin deputatı Qənirə Paşayeva, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və başqaları iştirak edib. Qəsəbədə xüsusi olaraq ayrılmış sahədə Novruz adət-ənənələri nümayiş olunub. Tərtər və Ağdam rayonlarının mədəniyyət işçiləri çıxışlar edib, Dədə Qorqud öyüd-nəsihətləri, bayram duaları, təbrikləri, Kosa və Keçəl duzlu-məzəli zarafatları ilə tədbiri şənləndirib.

 

Tədbir iştirakçıları Qarabağ mətbəxinin Novruz təamlarına – plov, səməni halvası, şəkərbura, paxlava, qovurğa və s.-yə qonaq edilib. İşğaldan azad edilmiş torpaqda bayram tonqalları qalanıb.

 

Bayram şənliyi Bakıdan gəlmiş muğam ustalarının konserti ilə başa çatıb.

 

 

19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib
18 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: Köçürülmə üzrə Püşkatma” tədbiri keçirilib
17 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda konfrans keçirilib
16 Noyabr, 2023 / Tədbirlər Səhiyyə Menecmenti Zirvəsində Böyük Qayıdışa həsr olunmuş panel müzakirəsi təşkil edilib