"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1785
Qaradağda məcburi köçkünlər üçün tibbi müayinə təşkil edilib
Tədbirlər 05 Aprel, 2019

Ölkə vətəndaşlarının sağlamlığının qorunması, səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi dövlətimizin sosial siyasətinin prioritetlərindəndir.

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, hər il əhalinin tibbi profilaktik müayinəyə cəlb edilməsi üçün zəruri tədbirlər görülür. Birinci vitse-prezident xanım Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu da səhiyyə sahəsində layihələr həyata keçirir, sosial müdafiəyə xüsusi ehtyacı olan vətəndaşların müayinə və müalicəsinə lazımi köməklik göstərir.

 

Ölkə rəhbərliyinin tövsiyəsinə əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi doğma yurdundan didərgin düşən həmvətənlərimizin birbaşa müvəqqəti məskunlaşdıqları yerlərdə yüksək səviyyəli tibbi xidmətdən istifadə etməsinə dəstək verir. Artıq ənənəyə çevrilmiş tibbi müayinə aksiyası aprelin 5-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində keçirilib.

 

Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının əksəriyyəti elmi və ali dərəcəli mütəxəssislərdən ibarət olan 20 nəfərdən ibarət həkim briqadası Səhiyyə Nazirliyinin qəsəbədə yerləşən 19 saylı birləşmiş xəstəxanasının poliklinika şöbəsində məcburi köçkünləri müayinə edib, onlara tibbi xidmət göstərib.

 

Aksiya haqqında Qaradağ rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlərə əvvəlcədən məlumat verilib.

 

Aksiya çərçivəsində 400 nəfərə yaxın məcburi köçkün müayinə olunub. Səhhətində problem aşkar edilənlərə ilkin diaqnoz qoyulub, müalicə təyin edilib. Daha ağır vəziyyətdə olanlara xəstəxanaya göndəriş verilib.

 

Respublika Kliniki Xəstəxanasının baş həkimi Telman İbadov və 19 saylı birləşmiş xəstəxananın baş həkimi Elçin Hüseynov aksiyanın gedişinə nəzarət ediblər.

 

Məcburi köçkünlər onların sağlamlığına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə ninnətdarlıq bildiriblər. Tibbi aksiyaların məcburi köçkünlər üçün salınmış digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.

 

 

19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib
18 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: Köçürülmə üzrə Püşkatma” tədbiri keçirilib
17 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda konfrans keçirilib
16 Noyabr, 2023 / Tədbirlər Səhiyyə Menecmenti Zirvəsində Böyük Qayıdışa həsr olunmuş panel müzakirəsi təşkil edilib