"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1962
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Tədbirlər 18 May, 2019

Mayın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 27-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib.

 

Laçının Azərbaycanın füsunkar guşələrindən biri olduğunu və strateji mövqedə yerləşdiyini diqqətə çatdıran Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev rayonun Ermənistan silahlı dəstələri işğalına şərait yaradan amillərdən danışıb, ermənilərin xalqımızın başına gətirdiyi faciələri yada salıb. Bildirib ki, həmin dövrdə ölkə hakimiyyətinin səriştəsiz fəaliyyəti və xəyanətkarlığı ağır nəticələrə səbəb olub. 1992-ci il mayın 18-də Laçın rayonunu işğal etməklə Ermənistan Dağlıq Qarabağla birbaşa əlaqə yaradıb və onun ətrafındakı əraziləri ələ keçirmək imkanı qazanıb. Dünya birliyi işğalıçıya hələ də kifayət qədər təsir göstərmir, BMT-nin qətnamələri yerinə yetirilmir. Bununla belə, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan heç vaxt işğalla barışa bilməz və ərazi bütövlüyünü bərpasına nail olmaq üçün bütün imkanlardan istifadə edəcəkdir. Laçınlıların da doğma yurda qayıdacaqlarını ümidlə gözlədikləri, dövlətimizin başçısının bu məqsədlə apardığı siyasəti dəstəklədikləri bildirilib. Rayonun məcburi köçkün əhalisinin həyat səviyyəsinin, sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlərin həyata keçirildiyi vurğulanıb.

 

Prezident İlham Əliyevin tapşırığı ilə onların daha çox məskunlaşdıqları Ağcabədi rayonu ərazisində növbəti yaşayış məhəlləsinin salınmasına hazırlıq görüldüyü diqqətə çatdırlıb. Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın məcburi köçkünlərin, o cümlədən laçınlıların problemlərinin həllinə həssaslıqla yanaşdığı, bu sahədə həyata keçirilən layihələrin icrasını nəzarətdə saxladığı qeyd edilib.

 

Milli Məclisdə Laçın rayonunu təmsil edən millət vəkili, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru Mahir Abbaszadə, laçınlı ağsaqqallar Tapdıq Abbasov, Əmirxan Zeynalov, Qəzənfər Hüseynov, Möhübbət Həsənov, Varaşil Məmmədov, Laçında ərazi özünümüdafiə batalyonunun qərargah rəisi olmuş Rafiq Nağıyev, Qarabağ döyüşlərinin iştirakçıları Babək Aslanov, Muxtar Həşimov, Çingiz Abbasov, Habil Muradov, İsgəndər Qasımov, Laçın rayon 40 nömrəli tam orta məktəbin direktoru Aygün Cabbarova, Aprel döyüşlərinin iştirakçısı Vüqar Abdüləzimov və başqaları tədbirdə çıxış edərək, rayonun tarixi keçmişindən, əhalinin təcavüzkarlara göstərdiyi müqavimətdən, torpaqların müdafiəsi uğrunda şəhid olan həmyerlilərinin qəhrəmanlıqdan danışıb, məcburi köçkünlərə dövlət qayğısının əhəmiyyətindən söz açıb, işğala tezliklə son qoyulacağına inamlarını ifadə ediblər.

 

Tədbirin sonunda Laçın haqqında “Əsirlikdə qala qalmaz” filmi nümayiş olunub.

 

 

17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib