Rəhbərlik


                Rzayev Rövşən Şükür oğlu

Qaçqınların və Məcburi Köçkünlərin  İşləri üzrə Dövlət Komitəsinin sədri


1962-ci il yanvarın 20-də Bakı şəhərində anadan olmuşdur. İki ali təhsili var. 1986-cı ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini və 1993-cü ildə həmin Universitetin hüquq fakültələrini bitirmişdir.

Əmək fəaliyyətinə gənc yaşlarından başlamışdır. 1982-ci ildən Azərbaycan Ədliyyə Nazirliyinin sistemində müxtəlif vəzifələrdə çalışmışdır. 2004-cü ildən 101 saylı Xanlar Daşkəsən seçki dairəsi üzrə Milli Məclisin deputatı seçildikdən sonra uzun müddət Hüquq siyasəti və dövlət quruculuğu Komitəsi sədrinin müavini vəzifəsində işləmişdir.

Azərbaycan Respublikası Parlamentinin deputatı olduğu dövrdə qanunyaradıcılıq prosesində fəal iştirak etmişdir. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” və s. qanun layihələrinin hazırlanması üzrə işçı qrupunun üzvü, “Yuvenal Ədliyyə haqqında”, “Azərbaycan Respublikasının işğal olunmuş əraziləri haqqında” və s. qanun layihəsinin təşəbbüskarı olmuşdur.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı olduğu dövrdə AvroNEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü qismində bu beynəlxalq qurumun Prosedur Qaydalarının hazırlanması üzərində işləmişdir.

Avropa Şurasının Parlament Assambleyasının üzvü kimi həmin qurumun “Miqrasiya, qaçqınlar və əhali üzrə” və “Sosial məsələlər” üzrə komitələrində çalışmışdır.

Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olduğu dövrdə bu ölkələr arasında faydalı əməkdaşlığın artırılması sahəsində çalışmışdır.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi 5 iyun 2009-cu il tarixli qurultayında həmin İctimai Birliyin İdarə Heyətinin üzvü seçilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədri vəzifəsinə təyin edilib. Bitərəfdir.

Ailəlidir, 3 övladı var.

Tel: 430-09-25

e-poçt:  r.rzayev@refugees-committee.gov.az 

          
         

              

            Hüseynov Fuad Qubad oğlu

  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini               

1972-ci il aprelin 9-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır.

1989-cu ildə Bakı şəhəri Binəqədi rayonu 115 saylı orta ümumtəhsil məktəbini qızıl medalla bitirmişdir.

1989-cu ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub, 1994-cü ildə həmin universiteti bioloq, biologiya və kimya müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

1994-cü ilin fevral ayından Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı Nümayəndəliyində əvvəlcə rəhbərin loqistika (maddi-texniki təchizat və nəqliyyat) məsələləri üzrə köməkçisi, 2000-ci ildən loqistika departamentinin rəhbəri, 2008-ci ildən isə təşkilatın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri vəzifəsində çalışmışdır.

2008-ci ildə ABŞ-ın Fritz institutunun və Böyük Britaniyanın Loqistika və Nəqliyyat İnstitutunun humanitar loqistika üzrə 2 illik ixtisas kursunu bitirərək sertifikat ilə təltif olunmuşdur.

2013-cü ildən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsində işləyir. YAP-ın üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 1 mart 2013-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. 
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli Sərəncamı ilə  “Dövlət qulluğunda fərqlənməyə görə“ medalı ilə təltif olunmuşdur.

Ailəlidir, 1 övladı var.  
 
Tel:  431-27-61
e-poçt:   f.huseynov@refugees-committee.gov.az


              Əhmədov Sabir Əhməd oğlu 

       Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini   

Əhmədov Sabir Əhməd oğlu 20 fevral 1976-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. Azərbaycanlıdır.

Təhsilinə 1983-cü ildə Mingəçevir şəhər 11 saylı tam orta məktəbində başlamış və 1993-cü ildə həmin məktəbi fərqlənmə ilə bitirmişdir.

1994-cü ildə Qafqaz Universitetinə qəbul olmuş və 1999-cu ildə bakalavr dərəcəsiylə bitirmişdir. 2005-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olmuş, 2007-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə başa vurmuş və magistr dərəcəsi almışdır.

Əmək fəaliyyətinə 1999-cu ildən Azərbaycan Respublikası Milli Məclisində başlamışdır. Bir müddət Milli Məclisdə müqavilə əsasında çalışdıqdan sonra, təhsilini artırmaq məqsədi ilə Amerika Birləşmiş Ştatlarına getmiş və orada təhsil almışdır. ABŞ-da təhsilini başa vurduqdan sonra Azərbaycana qayıtmış və 2001-ci ildən Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda əmək fəaliyyətini davam etdirmişdir. Fondda tərcüməçi, menecer köməkçisi, təbliğat və ictimai əlaqələr üzrə menecer, satınalmalar üzrə menecer və direktor müavini vəzifələrinə qədər yüksəlmişdir.

13 may 2016-cı il tarixdə 
Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının qərarı ilə direktor vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 14 noyabr 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 2 övladı var.

Tel: 431-03-60
e-poçt:sabir.ahmedov@refugee.gov.az


      

            Zeynalov Eldar Həbib oğlu

  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri               

1960-cı il martın 21-də Azərbaycan Respublikası, Tərtər rayonunun Qapanlı kəndində anadan olmuşdur. Azərbaycanlıdır. 

1977-ci ildə Tərtər rayonu Qazyan kənd orta məktəbini bitirmiş, həmin ildə  Qarabağ rayonlararası məhsullar təchizatı bazasında fəhlə işləmişdir. 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sanitariya texnikası fakültəsinə qəbul olmuşdur. 

1983-cü ildən Oktyabr rayonu qaz istismar idarəsində usta, 1985-ci ildə həmin rayonda sahə rəisi, 1986-cı ildən Xüsusiləşdirilmiş təmir tikinti tresti 2 №li idarədə baş mühəndis, həmin ildən Azqaztəmirtikinti trestində baş texnoloq, 1987-ci ildən Azəriqaztikinti trestinin 1№-li XTTİ-nə rəis müavini, həmin ildən Nizami rayon qaz istismar idarəsində rəis, 2004-cü ildən Binəqədi rayon qaz istismar idarəsində rəis, həmin ildən Səbail rayon qaz istismar idarəsində rəis, daha sonra Gəncə rayon qaz istismar idarəsində rəis, 2006-cı ildən Sumqayıt rayon qaz istismar idarəsində rəis, 2008-ci ildən Sumqayıt rayon qaz istismar idarəsində rəis, 2009-cu ildən ARDNŞ Azəriqaz İstehsalat  Birliyində rəis, 2010-cu ildən ARDNŞ Azəriqaz İstehsalat  Birliyində direktor müavini vəzifələrində işləmişdir.

12.07.2018-ci ildən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdir müavini, 29.08.2018-ci ildən bu günədək Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparatının rəhbəri vəzifəsində işləyir. YAP-ın üzvüdür.

Ailəlidir, 3 övladı var.
Tel: 431-51-59
e-poçt: e.zeynalov@refugees-committee.gov.az

 
 
idpsCopyright © 2018
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az