Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlər



    Fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə daim diqqətlə yanaşır.

     Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “Azərbaycan” internet portalı olduqca böyük əhəmiyyətə malikdir. Portalda Azərbaycan haqqında geniş informasiya əldə etmək olar. Portalda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından, erməni vəhşiliklərindən bəhs edən məlumatların yerləşdirilməsi saxta erməni təbliğatına qarşı tutarlı cavab olmaqla dünya ictimaiyyətinin erməni vəhşilikləri ilə yaxından tanış olmasına şərait yaradır. Heydər Əliyev Fondu bununla yanaşı hər il Xocalı soyqırımı ərəfəsində dünyanın müxtəlif ölkələrində soyqırım qurbanlarının fotoşəkillərini sərgiləyir, beynəlxalq mətbuatda soyqırım haqqında yazılar dərc etdirir, “Xocalı uşaqların gözü ilə” rəsm müsabiqəsinin iştirakçılarının əsərlərindən ibarət sərgilər keçirir.

      Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən hər il mütəmadi olaraq “Gülüstan” sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetim və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirilir.



    
       Hər il sentyabr ayında Heydər Əliyev Fondu tərəfindən qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə məktəbli ləvazimatından ibarət hədiyyələrin təqdim olunması, müvəqqəti məskunlaşma obyektlərində mütəmadi olaraq məcburi köçkünlərlə görüşlərin  keçirilməsi, Fondun maliyyə dəstəyi ilə çoxsaylı məktəb binalarının tikilib istifadəyə verilməsi də bu diqqətin konkret ifadəsidir.

     2005-ci il 24 avqust tarixdə YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və YUNESKO-nun baş direktoru cənab Koiçiro Matsuuranın iştirakı ilə Gülüstan Sarayında “YUNESKO-Azərbaycan: Gələcəyə Körpü” mövzusunda dəyirmi masa keçirilmiş və bu tədbirdə qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə məlumat verilməsinə imkan yaradılmışdır.

       Ermənistanın törətdiyi Xocalı soyqrımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla xanım Əliyevanın böyük rolu olmuşdur. Onun təşəbbüsü ilə 2008-ci il mayın 8-də Şuşanın işğalının ildönümündə irəli sürülmüş “Xocalıya ədalət” kampaniyası hal-hazırda 80-dən artıq ölkədə uğurla davam etdirilməkdədir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə siyasi-hüquqi və mənəvi qiymət verilməsi və həmçinin beynəlxalq səviyyədə anılmasını təmin etməkdir.

       Aparılan məqsədyönlü iş nəticəsində artıq 14  dövlətin – Pakistan, Meksika, Kolumbiya, Sudan, Peru, İordaniya, Honduras, Panama, Rumıniya, Cibuti, Çex Respublikası, Bosniya və Hersoqovina, Qvatemala və Şotlandiyanın qanunverici orqanları və  ABŞ-ın 22 ştatı Xocalı soyqırımını soyqırımı kimi rəsmi qaydada qəbul etmişdir. 

      “Xocalıya ədalət” kampaniyasının vacib hissəsi kimi rus yazıçısı və tarixçisi Yuri Pompeyevin nəşr olunmuş, "Qarabağ gündəliyi" kitabında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında dəqiq tarixi faktlar yer almışdır.


        “Xocalıya ədalət” kampaniyası çərçivəsində tanınmış amerikalı rep ifaçısı xanım Toni Bləkmən eyniadlı mahnı yazmış və həmin mahnı üçün çəkilmiş klipin təqdimat mərasimi 2010-cu ilin fevral ayında keçirilmişdir. Xocalı qətliamı haqqında həqiqətləri özündə əks etdirən, dünya ictimaiyyətini bu faciəyə qiymət və Azərbaycanın haqq səsinə dəstək verməyə çağıran mahnıda müasir rep ritmləri ilə yanaşı, milli musiqimizin elementləri - muğamdan və balaban alətindən də istifadə edilmişdir.
       2015-ci il mayın 10-da Abşeron rayonunun Xırdalan şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə məcburi köçkün ailələri üçün inşa edilən binanın açılışı olub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva binanın açılışında iştirak ediblər.






2017-ci il martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib.



2017-ci il may
ın 30-da  Qaradağ rayonunda məcburi köçkün ailələri üçün yeni müasir yaşayış kompleksinin təməli qoyulub.Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.


 

2017-ci il iyunun 27-də qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimi keçirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.


2017-ci il oktyabrın 5-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkün ailələri üçün inşa edilən yeni bina ilə tanış olub.


2017-ci il oktyabrın 5-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasimində iştirak edib.

 
 

2018-ci il mayın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak ediblər.


 

 
 
idpsCopyright © 2018
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az