Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub 31.7.2018
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
İyulun 31-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib.
Görüşdə Komitə sədri, sədr müavinləri, şöbə və departament rəhbərləri iştirak ediblər.
Məcburi köçkünlərin çoxsaylı müraciətləri, əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, status məsələləri, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.
Bakı şəhərində müvəqqəti məskunlaşan və mənzil məsələsi ilə bağlı müraciət edən məcburi köçkünlərə bildirilib ki, hazırda ən qəzalı binalarda və ən ağır şəraitdə yaşayanlar yeni mənzillərə köçürülür. Məcburi köçkünlərin mənzillə təminatı mərhələli şəkildə aparılır.
Dövlət Komitəsinin sədri müraciətləri ayrı-ayrılıqda dinləyib. Qeydə alınmış müraciətlərlə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
 
 
idpsCopyright © 2018
STATE COMMITTEE ON
REFUGEES AND IDPS ISSUES
OF THE REPUBLIC OF AZERBAIJAN
The address of committee: Baku, Tbilisi Ave., 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Email: info@refugee.gov.az